Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanı zülmətdən qurtaran Ümummilli lider Heydər Əliyev

0

  •                Xalq cəbhəsi Müsavat hakimiyyəti dövründə respublikada siyasi və iqtisadi böhran dərinləşmişdir. Mövcud iqtisadi əlaqələr qırılmışdır. Müəssisələrin istehsal gücü azalmışdır. Milli gəlirin 1/3-i müharibə xərclərinə sərf olunurdu. Ən məhsuldar torpaqlarımız düşmən əlinə keçmişdir. Müharibə iqtisadiyyata ciddi ziyan vururdu. Yeni idarəçilik mexanizmi işləmirdi. İqtisadiyyatda soyğunçuluq baş alıb gedirdi. Sərvətlərimiz talanır, xaricə satılan mallar əvəzinə alınan valyuta çox vaxt xarici banklarda şəxsi hesablara köçürülürdü. İşsizlik sürətlə artırdı. Buraxılan nöqsanlar hər şeydən əvvəl hakimiyyət orqanlarının düzgün qurulmayan kadr siyasəti ilə bağlı idi. Təcrübəsiz idarəetmə, səriştəsi olmayan adamların hakimiyyətə gəlməsi Azərbaycan xalqına baha başa gəldi. AXC - Müsavat hakimiyyəti xarici siyasətdə də ciddi qüsurlara yol verdi. Böyük dövlətlərin iqtisadi və siyasi maraqlarına əsaslanan dünya siyasətini düzgün qiymətləndirmədi. Hakimiyyət dairələri Ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsindən və mahir siyasətçi potensialından faydalanmaq əvəzinə onun artan nüfuzundan xoflanaraq Naxçıvanda çevriliş etməyə və Xalq  cəbhəsini hakimiyyətə gətirməyə cəhd etdilər. 1993-cü ilin iyununda ölkəmizin dövlət müstəqilliyi təhlükə qarşısında qaldı. Ümummilli lider Heydər Əliyev öz məsləhətləri ilə xalqı yaxınlaşmaqda olan daha böyük fəlakətlərdən qurtarmaq üçün iqtidara yol göstərməyə çalışırdı. Lakin dövlət rəhbərləri bu məsləhətlərə məhəl qoymur, səriştəsiz siyasətləri ilə ölkəni parçalayaraq vətəndaş müharibəsi həddinə çıxarırdılar. İqtisadiyyatımızın zəifliyi, ordumuzun döyüş qabiliyyətinə malik olmayan və müdafiə taktikası seçməyə məcbur olan özünü müdafiə batalyonları erməni silahlı qüvvələri hücumlarının qarşısını ala bilmədiyi üçün torpaqlarımız işğal edilir, ölkəmizin idarəçiliyi isə iflic vəziyyətə düşmüşdür. Xalq yeganə ümidini Ulu öndər Heydər Əliyevə bağladı. Xalqın təkidli tələbi nəticəsində Naxçıvandan Bakıya gələn Heydər Əliyev düşünülmüş siyasi manevr edərək vətəndaş müharibəsinin qarşısını aldı. Ölkəmizdə ictimai-siyasi sabitlik yarandı. 1993-cü il 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında bildirmişdir ki, gənc nəsil də bütün bu məsələlərdən xəbərdar olmalı, dövlətimizin, xalqımızın keçdiyi tarixi yol haqqında geniş bilgiyə sahib olmalıdır. Güclü xalq iqtidar birliyi iqtisadiyyatımızın dayanıqlılığı, ordumuzun gücü sayəsində 27 sentyabr 2020-ci il tarixdən başlayan 44 gün davam edən Dəmir Yumruq əməliyyatı ölkəmizin tam qələbəsi ilə başa çatdı. Dövlətimizin ərazi bütövlüyü təmin olundu. Bütün bunlar isə onu deməyə əsas verir ki, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən əsası qoyulan daxili və xarici siyasət bu gün də ölkə Prezidenti İlham Əliyev Cənabları tərəfindən uğurla həyata keçirilir.  AXC – Müsavat cütlüyünün bəzi ünsürləri ölkəmizin inkişafına mane olmaq, Şanlı Zəfər tariximizə kölgə salmaq istəyirlər. Ancaq onlar birdəfəlik olaraq dərk etməlidirlər ki, xalq öz Prezidentinin İlham Əliyev Cənablarının ətrafında sıx birləşib. Biz inanırıq ki, bu birlik daimi, əbədi və sarsılmaz olacaqdır.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib45 dəfə
    Azərbaycanı zülmətdən qurtaran Ümummilli lider Heydər Əliyev

    Maraqlı gələ bilər